Bərdə şəhərində Ekologiya Sosial İdarəetmə üzrə sənədinin dinləməsi baş tutdu

Bu gün Bərdə rayonunda AzKİL-3 Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləmə görüşü keçirildi.

Bu gün Bərdə rayonunda AzKİL-3 Ekologiya və Sosial İdarəetmə üzrə Çərçivə Sənədinin İctimai Dinləmə görüşü keçirildi.
Görüşdə AzKİL LİQ İcma inkişafı və Bacarıqların Artırılması üzrə Meneceri Gülbəniz xanım Qənbərova, Qarabağ zonası üzrə Proqram mütəxəssisi Əbülfət Əhmədov,Bərdə rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Damət Ələkbərov, AzKİL LİQ Ətraf mühit üzrə eksperti Telman Zeynalov, Qarabağ Regional Əməliyyatlar Ofisinin əməkdaşları və bu zonaya daxil olan icmaların nümayəndələri, həmçinin regionda fəaliyyət göstərən “Dərya” MMC İnkişaf Resurs Mərkəzi, “Aran” Humanitar Regional İnkişaf İctimai Birliyi ,”Aqro” İnformasiya Mərkəzi olmaqla dövlət və qeyri-dövlət strukturlarının təmsilçiləri iştirak etdilər. İştirak edən dövlət və qeyri-dövlət strukturlarının təmsilçiləri tərəfindən qaldırılan problemlər, verilən təkliflər , yönləndirilən suallar seminar boyunca ekoloq Telman Zeynalov tərəfindən ətraflı cavablandılrıldı. 
Görüş interaktiv iştirakçılıq, qarşılıqlı müzakirələr və gələcək layihələrə dair əhəmiyyətli informasiya dolu fikir mübadiləsi ilə keçdi.