Sabirabad rayonunun Bala Həşimxanlı icması

Bala Həşimxanlı icması Sabirabad rayon mərkəzindən 54 km məsafədə, rayonun cənub-qərbində yerləşir. Kənddə məskunlaşma keçən əsrin əvvəllərində başlayıb. Əhali əsasən Şamaxıdan gəlmədir.

Bala Həşimxanlı icması Sabirabad rayon mərkəzindən 54 km məsafədə, rayonun cənub-qərbində yerləşir. Kənddə məskunlaşma keçən əsrin əvvəllərində başlayıb. Əhali əsasən Şamaxıdan gəlmədir. Fokus qrup görüşü zamanı səfərbərliyin tarixi təyin edilmişdi. Səfərbərlik keçiriləcək gün güclü leysan yağış yağırdı. Vəziyyəti belə görüb, yığışmaq üçün şərait olmadığına görə, icmaya görüşün vaxtını dəyişmək təklifini verdikdə, onlar görüşü bu gün keçirəcəylərini qətiyyətlə bildirdilər. Həqiqətən icmaya çatdıqda, əhalinin yığışıb bizi gözlədiyini gördük. İcma ilə daha yaxından tanışlıq zamanı məlum oldu ki, icma qonşu icmalar arasında ən aktiv icma kimi tanınır. İnfrastukuru zəif olan Bala Həşimxanlı üçüncü qrup icma olmasına baxmayaraq sakinlər İKQ seminarını böyük həvəslə qarşılayıb, yüksək aktivlik göstərdilər. Seminarın gedişində qadınların fəalllığı daha çox nəzərə çarpırdı. Problem ardıcıllığı prosesndə əhali yekdilliklə ”Yolun təmiri” layihəsini seçdi.