Oğuz şəhərində Regional Gender Konfransı

09 mart 2016-cı il tarixində Oğuz şəhərində Regional Gender Konfransı oldu. Tədbirdə Oğuz, Qəbələ, Zaqatala, Balakən və Şəki rayonlarını təmsil edən 70-dən yuxarı qadın icma liderlər iştirak edirdi.

Konfransda həmçinin Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Səyaf Abbasov, AzKİL-2-in Direktor Müavini və İcma İnkişafı üzrə Meneceri Gülbəniz xanım Qənbərova, Şimal Regional Əməliyyatlar Ofisinin Proqram mütəxəssisi Akif Kərimli da iştirak edirdilər. 
Bundan dərhal sonra AzKİL-2-nin Baş Səfərbərçisi Gülanə Quliyevanın “İcmalardakı Lider Qadınlarımız" mövzusunda təqdimatı dinlənildi. Şimal zonasından olan 10 nəfərdən yuxarı lider qadının fəaliyyətindən bəhs edən təqdimat iştirakçılar tərəfindən maraqla qarşılandı. Daha sonra paralel qruplarda "Qadınların və kişilərin 24 saatı" mövzusunda qrup işi oldu.