Şəmkir rayonunun İrmaşlı icması

Şəmkir rayonu İrmaşlı icması İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində səfərbər olundu. 3247 nəfər əhalisi olan İrmaşlı icması rayon mərkəzindən 15 km məsafədə yerləşir. “İrmaşlı” sözü türk mənşəlli söz olub “axar su”, “çox bulaq” mənasını verir. İştiraklı Kənd Qiymətləndirməsi seminarı kənd orta məktəbinin akt zalında keçirildi. İcma sakinləri problemlərdən əziyyət çəkdiklərini və bunun üçün bir sıra addımlar atdıqlarını söylədilər. 

Şəmkir rayonu İrmaşlı icması İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində səfərbər olundu. 3247 nəfər əhalisi olan İrmaşlı icması rayon mərkəzindən 15 km məsafədə yerləşir. “İrmaşlı” sözü türk mənşəlli söz olub “axar su”, “çox bulaq” mənasını verir. İştiraklı Kənd Qiymətləndirməsi seminarı kənd orta məktəbinin akt zalında keçirildi. İcma sakinləri problemlərdən əziyyət çəkdiklərini və bunun üçün bir sıra addımlar atdıqlarını söylədilər. Şəmkir rayonunun kəndləri AzKİL-2 ilə yeni əməkdaşlıq etmələrinə baxmayaraq qonşu icmalarda görülən işlər məhz İrmaşlı icmasını da AzKİL-2 ilə əməkdaşlıq etməyə sövq etmişdir. 
Seminar boyunca qadınların nümayiş etdirdikləri fəallıq bizim diqqətimizi daha çox cəlb etdi. İcma qrupuna namizədlər seçilərkən qadın namizədlərin hər biri öz təşəbbüsləri ilə namizədliklərini irəli sürürdülər ki, bu da onların könüllü olaraq öz icmalarında mövcud olan problemlərin həllinə can atdıqlarının bariz nümunəsi idi. İcma qrupunun tərkibində olan yeddi nəfərdən dördünün məhz qadın olması icmada qadınların rolunun əhəmiyyətli olmasından xəbər verir. 
Kənddə gediş-gəlişin çətin olması, xüsusilə yağmurlu hava şəraitində daha da bərbadlaşan yollar əhali üçün böyük bir problemə çevrilmişdir. Məhz bu səbəbdən icma sakinləri “Yolların bərbad vəziyyətdə olması” problemini önə çəkərək yekdilliklə icma layihəsi kimi seçdilər.